İyunun 13-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.Aksiya çərçivəsində qəsəbənin girişində rayonun iqliminə uyğun çoxsaylı ağaclar əkilərək suvarıldı. Aksiyada fəal iştirak edən polis əməkdaşları Ümummilli lider Heydər Əliyevə Allahdan rəhmət dilədilər. Belə aksiyaların tezliklə doğma Xocalıda da keçirilməsini arzuladılar. Qeyd edək ki, aksiyanın məqsədi ölkəmizdə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir.